Rusiya nüvə silahından yalnız bu halda istifadə edəcək
Rusiya nüvə silahından yalnız mövcudluğuna təhdid yarandığı təqdirdə istifadə edəcək.
Redaktor.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Soçidə keçirilən Ümumdünya Gənclər Festivalı çərçivəsində “Bilik. Birinci” marafonunda çıxış edərkən bildirib.
O qeyd edib ki, nüvə müharibəsi son çarədir, “vida çarəsi”dir, ona görə də Qərbdə bununla bağlı bütün müzakirələr məsuliyyətsizdir.
Kreml sözcüsü Qərbdə nüvə müharibəsi mövzusunun “müntəzəmləşdirilmə”sini son dərəcə təhlükəli adlandırıb.