İsveç rəsmən NATO-nun üzvü olacaq
Gələn həftə İsveç rəsmi olaraq NATO-nun üzvü olacaq.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, martın 11-i Brüsseldə NATO-nun Baş Qərargahı qarşısında ölkənin bayrağı qaldırılacaq.
Həmin gün İsveçin Baş naziri Ulf Kristersson, Silahlı Qüvvələrin Baş komandanı Mikael Byuden, eləcə də digər yüksəkvəzifəli siyasətçilər Brüsseldə səfərdə olacaqlar.
Xatırladaq ki, 2022-ci ildə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başaldıqdan sonra İsveç NATO-ya üzv olmaqla bağlı müraciət edib. İlk olaraq Türkiyə və Macarıstan bu qərarın əleyhinə idi. Bir sıra razılaşmalardan sonra Ankara İsveçin üzvlüyünə razılıq verib. Macarıstan isə uzun müddət İsveçin müraciətini ratifikasiya etməkdən imtina etsə də, fevralın 26-sı ölkə parlamenti sənədi təsdiq edib. Martın 5-i isə Macarıstanın yeni seçilən Prezidenti Tamaş Şuek sözügedən sənədi imzalayıb.