İrəvan KTMT-ni Ermənistanın sərhədlərini tanımamaqda qınadı

 18:25 06.03.2024     230

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya xarici işlər naziri Sergey Lavrova cavab verib.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi Ermənistanla bağlı mövqeyini dəqiqləşdirməlidir.

O, KTMT-ni Ermənistanın sərhədlərini tanımamaqda ittiham edib.

Qeyd edək ki, S.Lavrov daha əvvəl demişdi ki, İrəvan bu məsələ ilə bağlı Moskvanın yekun qərarını gözləyir.

Xatırladaq ki, Ermənistanla Rusiya arasında münasibətlər sürətlə pisləşir. Rəsmi İrəvan daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində fəaliyyətini dayandırdığını bildirib və bunun hüquqi cəhətdən də baş verəcəyini istisna etməyib. Rəsmi Moskva bu mövqeyinə görə İrəvandan izahat tələb edir.