Almaniya Çexiyanın Ukrayna üçün mərmi almaq təşəbbüsünə qoşulacaq
Almaniya Avropa İttifaqından (Aİ) kənar ölkələrdə Ukrayna Silahlı Qüvvələri üçün ən azı 800 min artilleriya sursatının alınması üzrə Çex təşəbbüsünə qoşulacaq və bunun üçün “milyonlarla avro ilə üçrəqəmli məbləğ” ayıracaq.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt Berlində keçirdiyi brifinqdə bildirib.
"Almaniya hökuməti artıq bir müddətdir ki, 155 mm-lik artilleriya sursatları ilə bağlı Çex hökuməti ilə çox intensiv danışıqlar aparır" deyən Hebestreit bunu "çox yaxşı təşəbbüs" adlandırıb. “Biz bu layihəni dəstəkləmək üçün üçrəqəmli milyon məbləğində vəsait toplayacağıq”, - o vurğulayıb.
Fevralın 17-də Çex Prezidenti Petr Pavel Münhen Təhlükəsizlik Konfransında bildirib ki, təşəbbüsü həyata keçirmək üçün vəsait olarsa, Praqa Ukrayna üçün üçüncü ölkələrdən yüz minlərlə artilleriya mərmisi almaq imkanını tapıb. Bundan əvvəl “Politico” qəzeti yazıb ki, Avropa İttifaqının Kiyevə 2023-cü ilin martından 2024-cü ilin martına qədər bir milyon mərmi tədarük etmək vədlərinin baş tutmamasından narazı qalan Çex Respublikası Brüsseldən Ukrayna üçün bütün dünyadan, Cənubi Afrika və Cənubi Koreya, xüsusən də Türkiyədən mərmi almağa başlamasını tələb edib.
Martın 4-də Çex hökumətinin Ukraynanın bərpası üzrə komissarı Tomaş Kopeçnik bildirib ki, Çex təşəbbüsünə Belçika, Danimarka, Kanada, Hollandiya və ABŞ qoşulub. Litvanın Baş naziri İnqrida Simonyte Çex Baş naziri Petr Fiala ilə telefon danışığında Vilnüsün Praqanın təklifini dəstəkləyəcəyini bildirib. Kopeçnik bildirib ki, söhbət 800 min mərmidən gedir, lakin “bu, son rəqəm deyil”.
Turan İSMAYIL