"Tramp yaxşını şərdən ayıra bilmir" - Bayden

 20:58 06.03.2024     246

ABŞ-nin keçmiş prezidenti Donald Tramp yaxşını şərdən ayıra bilmir və Rusiya lideri Vladimir Putin qarşısında qorxmur.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu ABŞ-nin hazırkı prezidenti Co Bayden deyib.

Xüsusilə, o, Trampın Respublikaçılar Partiyasından əsas rəqibi, ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heylinin seçki kampaniyasından geri çəkilməsinə münasibət bildirib. 

Onun fikrincə, prezidentliyə namizəd olmaq çox cəsarət tələb edir, çünki çox az adam Donald Tramp haqqında həqiqəti söyləməyə cəsarət edir.

Bayden belə nəticəyə gəlib ki, Heyli açıq şəkildə eks-prezidentə qarşı çıxan siyasətçidir.

Yusif EYVAZLI