"Prezidentliyə namizədlərə pul bağışlamıram" - İlon Mask
ABŞ-li iş adamı İlon Mask bildirib ki, o, ölkə prezidentliyinə namizədlərin heç birinə pul vermir.
Redaktor.az xəbər verir ki, milyarder bu barədə özünün "X" hesabında yazıb.
"Vəziyyəti aydınlaşdırmaq üçün: mən prezidentliyə namizədlərin heç birinə pul bağışlamıram", - o deyib.
Xatırladaq ki, bundan əvvəl "Bloomberg" mənbələrə istinadla ABŞ-nin keçmiş prezidenti Donald Trampın sahibkar İlon Maskla görüşdüyünü bildirib. Jurnalistlərin məlumatına görə, görüş martın 3-də baş verib.
Materialda görüşün eks-dövlət başçısının öz seçki kampaniyasını maliyyələşdirmək üçün donorları cəlb etməyə çalışdığı bir vaxtda təşkil edildiyi qeyd edilib. Lakin digər təfərrüatlar açıqlanmayıb.
Turan İSMAYIL