Nigeriyada silahlı şəxslər 100-dən çox qadını qaçırdılar
Nigeriyanın şimal-şərqində "Boko Haram" ekstremist qruplaşmasının silahlıları tərəfindən 100-dən çox qadın qaçırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə "BBC" yerli sakin Qambora Nqalaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, terrorçular 117 qadını əsir götürərək aparıblar.
Oğurlananların sayı mənbələrdən asılı olaraq çox dəyişir. Bir gün əvvəl "Agence France Presse" 47 qadın oğurlandığını bildirmişdi.
Köçkün düşərgəsindən olan bir qrup qadın Kamerun sərhədi yaxınlığında odun yığarkən silahlı şəxslərin hücumuna məruz qalıb. Bəziləri qaça bilsə də, digərləri silahlılar tərəfindən əsir götürülərək naməlum istiqamətə aparılıb. Hazırda oğurlanmış şəxslərin axtarışı davam etdirilir.
Yusif EYVAZLI