"Ruslar və ukraynalılar mənəvi müstəvidə yenidən birləşəcək" - Putin

 23:51 06.03.2024     221

"Ruslarla ukraynalıların mənəvi müstəvidə birləşməsi gec-tez baş verəcək. Bunun üçün radikal millətçiliyin ən iyrənc təzahürlərinin kökünü kəsmək lazımdır".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalının iştirakçıları ilə söhbəti zamanı qeyd edib.

“Mən əminəm ki, gec-tez ruslar və ukraynalıların ən azı mənəvi müstəvidə yenidən birləşməsi baş verəcək və bu qaçılmazdır”, - deyə Putin bildirib.

Putin qeyd edib ki, belə birləşmə üçün buna mane olanları kökündən silmək lazımdır.

Yusif EYVAZLI