Ağ Ev Rusiyanın Odessaya endirdiyi zərbənin məqsədi ilə bağlı şərh verməkdən imtina etdi

 23:59 06.03.2024     275

ABŞ administrasiyası Rusiya Silahlı Qüvvələrinin Odessada dəqiq zərbə endirdiyi hədəflərə dair şərh verməkdən imtina edir.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Onların məqsədinin nə olduğunu deyə bilmərəm. Bu, danışa biləcəyim bir şey deyil. Görünür, o (raket - red.) bayaq dediyiniz kimi Ukrayna Prezidenti Volodimir Zelenskinin kortejinin yaxınlığında düşüb. Məncə, Rusiyanın Buradakı hərəkətlər öz sözünü deyir, lakin onların hücumunun məqsədi barədə danışa bilmərəm”, - sözçü bildirib.

Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin pilotsuz qayıqlardan istifadə etməyə hazırlaşdığı Odessanın sənaye bölgəsində dəqiq silahlarla anqara zərbələr endirib. Daha əvvəl Yunanıstanın “Proto Theme” qəzeti yazıb ki, Ukraynaya Zelenski ilə görüşmək üçün gələn Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin rəhbərlik etdiyi nümayəndə heyəti Odessada atışma zamanı xəsarət almayıb. Nəşrin məlumatına görə, günorta saatlarında Mitsotakisin başçılıq etdiyi Yunanıstan nümayəndə heyətinin 150 metrliyində olan Ukrayna liderinin korteji pilotsuz təyyarə ilə hücuma məruz qalıb.

Qəzet həmçinin qeyd edib ki, Odessada güclü partlayış Yunanıstan baş nazirinin Zelenski ilə görüşündən bir qədər əvvəl baş verib. Əraziyə dərhal hava hücumu xəbərdarlığı elan edilib.

Turan İSMAYIL