"Trampın prezidentliyə namizədliyi ABŞ üçün faciədir"

 09:27 07.03.2024     203

"ABŞ-ın keçmiş lideri Donald Trampın Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsi bütün ölkə üçün faciədir".

Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetində dərc olunmuş məqalədə deyilir.

Qəzet qeyd edib ki, Respublika Partiyası öz öhdəliklərindən əl çəkib və “bütünlük, prinsipiallıq, siyasət, vətənpərvərlik də daxil olmaqla, hər şeyin bahasına müəyyən bir şəxsin seçilməsinə həsr olunmuş təşkilata” çevrilib.

Martın 5-də Tramp Alabama, Alyaska, Arkanzas, Virciniya, Kaliforniya, Kolorado, Massaçusets, Minnesota, Men, Oklahoma, Şimali Karolina, Tennessi, Texas və Yuta ştatlarında ABŞ-ın keçmiş nümayəndəsi Nikki Heyli məğlub edib. Heyli onu yalnız Vermontda məğlub edib.