Rusiya məhsullarının Avropaya tədarükü azalıb

 09:50 07.03.2024     185

2023-cü ildə Rusiyadan Avropa İttifaqı (Aİ) ölkələrinə dəmir filizi qranullarının ixracı 21,3 faiz azalıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti Avropa Statistika Agentliyinin məlumatlarına istinadən xəbər yayıb.

Çuqun istehsalında istifadə edilən yarımfabrikatların tədarükü son 5 ilin minimum səviyyəsinə - 1,19 milyon tona düşüb.

Rusiya region üçün qranulların (dəmir və polad istehsalında istifadə edilən dəmir filizlərinin zənginləşdirilməsi məhsulu) əsas tədarükçüsü olaraq qalır və ümumi idxalın 45,5 faizini təmin edir. 

Humay İSGƏNDƏRLİ