"ABŞ Çini sıxışdırsa özünə zərər verəcək"
"Birləşmiş Ştatlar bütün diqqətini Çini sıxışdırmağa yönəltsə, özünə zərər verəcək".
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Çinin xarici işlər naziri Van Yi söyləyib.
"ABŞ-ın üzləşdiyi problem Çin deyil, özüdür. Əgər bütün diqqətinizi Çini sıxışdırmağa yönəltsəniz, nəticədə istər-istəməz özünüzə zərər verəcəksiniz. Biz israr edirik ki, Birləşmiş Ştatlar tarixi inkişaf tendensiyasını tanısın, Çinin inkişafına obyektiv və rasional baxsın, əlaqələri fəal inkişaf etdirsin, vədlərini həyata keçirsin, hərəkətlərində, sözlərində kənara çıxmamasını təmin etsin", - deyə Vanq bildirib.
O, həmçinin ABŞ-ı “Çin-ABŞ münasibətlərini sabit, sağlam və davamlı inkişaf yolunda irəliləmək üçün Çinlə birlikdə işləməyə çağırıb.
Humay İSGƏNDƏRLİ