Məşhur şirkətin sahibi Rusiyadakı aktivlərini satmaq niyyətindədir

 10:06 07.03.2024     169

"Avropada 300-ə yaxın ticarət mərkəzinin sahibi Rusiyadakı aktivlərini satmaq istəyir".

Redaktor.az-ın məlumatına görə, bu barədə “Vedomosti” qəzeti etibarlı mənbələrə istinadən xəbər verir.

Məlumata görə, "Ceetrus"-un səhmdarı son bir neçə ildə Rusiyada daşınmaz əmlakdan qurtulmaq niyyətində olub. Lakin məsələ hələ ki, potensial alıcılarla danışıqlar həddinə çatmayıb. Amma indi həmin qrupa məxsus ticarət mərkəzlərinin satışı hökumət komissiyası tərəfindən təsdiqlənir və ya artıq təsdiqlənib.

Daşınmaz əmlakın satışı, mənbələrin qeyd etdiyi kimi, "Ceetrus" sahiblərinə Rusiyada aktivlərə sahib olmaq risklərini azaltmağa imkan verəcək. Xüsusi hərbi əməliyyatın (SVO) başlamasından sonra risk problemi xarici sahibkarlar üçün xüsusilə kəskinləşib.

Mövcud məlumata görə, Tatarıstandan olan logistika operatoru "Leadertrans" "Ceetrus"un aktivlərini almağı planlaşdırır.

Həmidə İBRAHİMLİ