BMT Qəzzanın şimalına yardım çatdırmaq üçün İsrail hərbi yolunu yoxlayacaq
Birləşmiş Millətlər Təşkilatı cümə axşamı günü Fələstin anklavının şimalında çıxılmaz vəziyyətdə olan yüz minlərlə mülki əhaliyə yardım çatdırmaq üçün Qəzza zolağı ilə həmsərhəd olan İsrail hərbi yolundan necə istifadə edə biləcəyini qiymətləndirəcək.
Redaktor.az "reuters"ə istinadən xəbər verir ki, BMT Qəzzada ən azı 576 000 insanın - əhalinin dörddə birinin aclığın astanasında olduğu barədə xəbərdarlıq edib.
Fələstin rəsmiləri ötən cümə axşamı Qəzza şəhəri yaxınlığında yardım karvanına çatmaq istəyərkən 100-dən çox adamın öldürüldüyünü, əksəriyyətinin İsrail əsgərləri tərəfindən vurulduğunu bildirib. Şəxsi yardımın çatdırılmasına nəzarət edən İsrail əsgərləri izdihamda əksəriyyətinin öldüyünü bildirib.
Həmidə İBRAHİMLİ