"Səmimi şəkildə Türkiyə ilə sərhədlərin açılmasını istəyirik" - Mirzoyan

 14:08 07.03.2024     201

"Ermənistan Respublikası olaraq səmimi şəkildə Türkiyə ilə tezliklə dövlət sərhədlərinin açılmasını istəyirik".

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinin Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan normallaşma proseslərinə dair suallarını cavablandırarkən deyib.

O, sərhədlərinin açılmasının faydalı olacağını düşündüyünü bildirib.

Mirzoyan deyib ki, əlaqələrin, o cümlədən iqtisadi əlaqələrin inkişaf etməsi ilk əvvəl insanlara faydalı olacaq və Ermənistan vətəndaşlarının əksəriyyəti bunun fərqindədir.