Hindistan Çinlə sərhədində ordusunu gücləndirir
Hindistan Çinlə sərhədini qorumaq üçün daha 10 min əsgər göndərib.
Redaktor.az-ın məlumatına görə, bu barədə "Bloomberg" adı açıqlanmayan hərbi mənbələrə istinadən xəbər verir.
Nəşr Hindistanın Çinin Tibet Muxtar Bölgəsini Hindistanın şimalındakı Uttarxand və Himaçal-Pradeş əyalətlərindən ayıran hissə olan Pekinlə ərazi mübahisəsi bölgəsində 532 km sərhədin müdafiəsini gücləndirmək qərarına gəldiyini bildirib.
Qeyd olunur ki, əlavə qüvvələr artıq orada yerləşən iki yüz min hindistanlı əsgərdən ibarət hərbi kontingentə qoşulacaq.
Əvvəllər Hindistanın Pakistan və Çinlə sərhədlərinin bəzi hissələri üzərində pilotsuz uçuş aparatlarından istifadə edərək müşahidə sistemi yaratdığı bildirilirdi.
Həmidə İBRAHİMLİ