"Rusiyaya ehtiyacımız yoxdur" - Mirzoyan
"Özümüz də “Zvartnots” havalimanını mühafizə edə bilərik”.
Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu adı çəkilən ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.
O bildirib ki, artıq Rusiya tərəfi bu barədə məlumatlandırılıb.
A. Mirzoyanın sözlərinə görə, bir qədər əvvəl Rusiya sərhədçilərinin bəzi məntəqələrə təhkim olunması qərarlaşdırılsa da, sonradan bu təşəbbüsdən imtina edilib:
“Hesab edirik ki, ölkəmiz sərhədlərinin mühafizəsini müstəqil şəkildə təşkil etmək qabiliyyətindədir. Rəsmi Moskvaya bu barədə lazımi məlumatlar göndərilib. Mənim fikrimcə, bu məsələ artıq bağlanıb. Havalimanında Rusiya sərhədçilərinə ehtiyacımız yoxdur”.