"Ukraynanı dəstəkləməkdə heç bir məhdudiyyət yoxdur"
"Fransanın Ukraynaya dəstəyinə heç bir məhdudiyyət yoxdur".
Redaktor.az "gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib ki, Makronun NATO qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı sözləri Ukrayna Silahlı Qüvvələrinin ötənilki əks-hücumunun uğursuzluğu ilə bağlıdır.
Fevralın 26-da Parisdə Ukrayna münaqişəsi ilə bağlı konfrans keçirilib.
Fransa prezidenti qeyd edib ki, müzakirə mövzularından biri Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü olub.
Həmidə İBRAHİMLİ