Ukrayna ordusu Rusiya ərazisindəki məşhur zavodu vurdu
Ukrayna ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Çerepovets rayonuna zərbələr endirib.
Redaktor.az-ın yerli mediaya istinadən xəbər verir ki, bu barədə yerli idarəetmə orqanlarından bildirilib.
Məlumata görə, ərazidəki “Severstal” zavodu vurulub.
“Severstal”ın mətbuat xidmətinin daha əvvəl TASS-a verdiyi məlumata görə, martın 7-də səhər saatlarında domna sobasının istehsalında texnoloji insident baş verib. Ölən və yaralananlar olmayıb. Bölmələrdən biri əvvəlcədən planlaşdırılan təmir üçün çıxarılıb. Hadisənin səbəbləri araşdırılır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Voloqda vilayəti üzrə baş idarəsinin mətbuat xidməti hadisəni təsdiqləyib, lakin heç bir şərh verməkdən yayınıb.
“Yoxlamadan sonra 4 saylı domna sobası fəaliyyətini davam etdirib”, – daha sonra “Severstal”ın mətbuat xidmətindən jurnalistlərə bildirilib.
T.İSMAYIL