Ərdoğan Akkuyu AES-in işə salınacağı vaxtı açıqladı

 17:29 07.03.2024     248

Türkiyədə tikilməkdə olan Akkuyu AES-in bütün reaktorlarının 2028-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır.

Redaktor.az TRT-yə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İldə 35 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək Akkuyu Atom Elektrik Stansiyasının tikintisi davam edir. Stansiyanın bütün reaktorlarının 2028-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır", - o, Mersin vilayətində seçki mitinqində çıxışı zamanı qeyd edib. 

Qeyd edək ki, Akkuyu AES Türkiyənin ilk atom elektrik stansiyasıdır. O, 2010-cu il mayın 12-də Rusiya ilə Türkiyə arasında bağlanmış hökumətlərarası sazişə əsasən tikilir. Akkuyu AES qlobal nüvə sənayesində qur-öz-işlət modelindən istifadə etməklə həyata keçirilən ilk layihədir. Bu, Rusiya istehsalı olan VVER nəsil 3+ reaktorları ilə dörd enerji blokunun tikintisini nəzərdə tutur. Onların hər birinin gücü 1200 MVt olacaq.

Turan İSMAYIL