Niderland Qəzzaya havadan humanitar yardım göndərməyə başlayacaq

 17:34 07.03.2024     255

Niderland Qəzza zolağına havadan ərzaq yardımı göndərmək niyyətindədir. Bu məqsədlə İordaniyaya C-130 hərbi-nəqliyyat təyyarəsi göndərilib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, tərəfdaşlarla birgə təşkil edilən humanitar yardımın buraxılması yaxın günlərdə həyata keçiriləcək. Yardımın həcmi dəqiqləşdirilməyib. Əməliyyatla bağlı İsrailə məlumat verilib.

Nazirlik qeyd edib ki, "Qəzza zolağında humanitar vəziyyət son həftələrdə daha da ağırlaşıb. Buna görə də Niderland əhaliyə daha çox humanitar yardım göstərmək üçün beynəlxalq tərəfdaşlarla işləməyə davam edir".

Eyni zamanda, müdafiə departamenti Qəzzaya böyük həcmdə yardımın qurudan çatdırılmasının ən təsirli olacağını, lakin anklavın sərhədlərindən keçmənin son dərəcə məhdud olduğunu, buna görə də onun havadan Qəzzaya göndərilməsinə qərar verildiyini bildirib.

Xatırladaq ki, bir ay əvvəl Niderland İordaniya ilə birlikdə Qəzza zolağındakı səhra xəstəxanası üçün tibbi ləvazimat şəklində yardımı artıq dayandırmışdı.

Turan İSMAYIL