Fransa Aİ-nin Ukraynaya yardım fondu yaratmaq qərarını gecikdirir

 17:38 07.03.2024     270

Fransanın mövqeyi Avropa İttifaqı (Aİ) ölkələrinin Kiyevə hərbi yardımın alınması və çatdırılması üçün Ukraynaya yardım fondu yaratmaq qərarına mane olur.

Redaktor.az xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Paris Ukrayna üçün avadanlıqların yalnız Avropa İttifaqı ölkələrindən alınacağına zəmanət tələb edir. Eyni zamanda Fransa Çex Respublikasının üçüncü ölkələrdən Ukrayna üçün 800 min mərmi almaq təşəbbüsünü istisna etməyə hazırdır.

Qeyd edilib ki, Aİ ölkələri arasında fond çərçivəsində Kiyev üçün birgə ala biləcəkləri avadanlığın mənşəyi ilə bağlı hələ də fikir ayrılıqları var. Portala daxil olan sənədlərə görə, Aİ ölkələri yaxın bir neçə gün ərzində 5 milyard avro dəyərində fondun yaradılması barədə razılığa gəlmək niyyətindədirlər. Fondun həcmi, lazım gələrsə, 17 milyard avroya qədər artırıla bilər.

Turan İSMAYIL