İsveç rəsmən NATO üzvü oldu
İsveçin NATO-ya daxil olması haqqında Protokol rəsmi olaraq qüvvəyə minib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“2024-cü il martın 7-də İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolun ikinci maddəsində göstərilən qüvvəyə minmə şərtləri yerinə yetirilib, müvafiq olaraq, protokol 2024-cü il martın 7-də qüvvəyə minib", - ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Qeyd edək ki, bununla da NATO ölkələrinin sayı 32-yə yüksəlib.
Turan İSMAYIL