Avropada yeni epidemiya yayılır - ÜST-dən AÇIQLAMA

 19:37 07.03.2024     318

Avropa ölkələrində insanlarda "tutuquşu" qızdırması adlandırılan virusun artması müşahidə olunur. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə , 2023-cü ildən 2024-cü ilin əvvəlinə qədər "tutuquşu" qızdırmasına yoluxanların sayında artım müşahidə olunub. Onların arasında Almaniya , Hollandiya , Avstriya , Danimarka və İsveçin sakinləri var. Son bir neçə ayda epidemiyanın beş avropalının ölümünə səbəb olduğu bildirilir. ÜST nümayəndələri quşçuluq sahiblərini qəfəslərini təmiz saxlamağa, heyvanlarla işləyən insanları isə əl gigiyenasına diqqətlə nəzarət etməyə çağırır.

Xəstəliyin nadir hallarda insandan insana keçdiyi qeyd edilir. Bununla bağlı ÜST-nin bəyanatına görə, yeni ölkələrdə virusa yoluxma hallarının qeydə alınacağına inanmaq üçün heç bir əsas yoxdur. 

"Düzgün diaqnoz qoyulduqda, bu patogen antibiotiklərlə müalicə edilə bilər", - ÜST bildirib.

Yusif EYVAZLI