"İsveç Krallığının tarixində yeni bir fəsil başlayır" - Nazir
İsveç hökuməti növbədənkənar iclasda NATO-nun Şimali Atlantika Müqaviləsinə qoşulmaq dəvətini qəbul edib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini, energetika və biznes naziri Ebba Buş mətbuat konfransında bildirib.
"Hökumət bu gün Şimali Atlantika Müqaviləsinə qoşulmaq qərarına gəldi. İndi İsveç Krallığının tarixində yeni bir fəsil başlayır", - nazir söyləyib.
Vaşinqtonda olan baş nazir Ulf Kristersson İsveçin üzvlük sənədlərini imzalayıb və tezliklə Dövlət Departamentinə təhvil verəcək. Bundan sonra krallıq NATO-ya üzv olacaq.
Yusif EYVAZLI