Türkiyədə zəlzələ oldu
Aralıq dənizində, Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Bildirilib ki, yerli saatla 07.27-də 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Episentri Muğlanın Marmaris rayonundan 41,39 kilometr aralıda olan zəlzələnin 36,05 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.