Zelenski Zalujnının istefası və bəzi generalların dəyişdirilməsini şərh ETDİ

 17:15 08.03.2024     308

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının istefası və bəzi generalların dəyişdirilməsi “normal vəziyyət”dir.

Redaktor.az bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin "Cinque minuti"yə müsahibəsinə istinadən xəbər verir.

"Mən buna (döyüş meydanında vəziyyətin yaxşılaşması - red.) inanıram və həqiqətən də ümid edirəm. Bu da (generalların istefası - red.) normal haldır", - o deyib.

Prezidentin sözlərinə görə, müharibə gedir və bəzən yenidən bərpa etmək üçün addımlar atmaq lazımdır.

Xatırladaq ki, fevralın 8-də Rusiyanın Ukraynaya təcavüzü başlayandan orduya rəhbərlik etmiş Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı istefa verib. Onun yerinə isə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski təyin edilib.

Zelenski fevralın 9-da Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya Ukrayna Qəhrəmanı adı verib. Bunun ardınca Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında kadr dəyişiklikləri baş verib.

Martın 7-də Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının Britaniyadakı səfir vəzifəsinə namizədliyi təsdiq edilib.

Turan İSMAYIL