Makron Ukraynaya qoşun göndərməkdən danışdı
Fransa Prezidenti Emmanuel Makron fevralın 26-da Ukraynaya Qərb hərbçilərinin göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatına əlavə edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, Fransa lideri bu sözləri Respublika Ədliyyə Nazirliyində keçirilən mərasimdən sonra jurnalistlərə açıqlamasında deyib.
"Bir şeyi istisna etməmək onu etmək demək deyil" - Makron bildirib.
Xatırladaq ki, fevralın 26-da Parisdə Kiyevə əlavə dəstək mövzusunda keçirilən görüşdə Makron deyib ki, Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi mövzusu qaldırılıb.
Onun sözlərinə görə, müzakirə iştirakçıları bu məsələ ilə bağlı konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz.
Fransa Silahlı Qüvvələr naziri Sebastien Lekornu isə bildirib ki, “hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynaya hərbçilərin göndərilməsindən söhbət getmir”.
O, Qərb ölkələrinin Ukraynada hərbi mövcudluğunun “Ukrayna ordusunu öyrətmək və minaları təmizləmək” üçün tələb oluna biləcəyi fikrini ifadə edib.
Turan İSMAYIL