Amerikanın “F-35” qırıcısı nüvə silahı daşıya biləcək

 21:56 08.03.2024     308

Amerikanın “F-35” qırıcısı rəsmi olaraq nüvə silahı daşımaq üçün sertifikat alıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Breaking Defence” qırıcı proqramının rəsmi nümayəndəsi Rass Homerə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, “F-35A” nüvə silahı daşıya bilən ilk 5-ci nəsil təyyarədir və 1990-cı illərin əvvəlindən bu statusu əldə edən ilk yeni platformadır.

Qeyd edək ki, ilk dəfə 2007-ci ildə istehsal edilən qırıcı təyyarənin dəyəri 221 milyon dollar təşkil edirdi. Hazırda istehsal miqyasının genişlənməsi ilə əlaqədar beşinci nəsil qırıcılarının dəyəri 79 milyon dollara enib.

Vumart və Güvən reklamı Vumart Güvən