Bayden “TikTok”u qadağan edən qanunu imzalayacaq
ABŞ Prezidenti Co Bayden Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsinin Konqresdə qəbul ediləcəyi təqdirdə onu imzalayacağına söz verib.
Redaktor.az xəbər verir ki, bu barədə “C-SPAN” kanalı məlumat yayıb.
Jurnalist Amerika liderindən “TikTok”un qadağan edilməsi ilə bağlı sənədi imzalayıb-imzalamayacağını soruşub. Bayden isə öz növbəsində deyib: “Əgər onlar qəbul etsələr, imzalayacağam”.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıblar.