Keçmiş baş nazir deputatlıqdan imtina etdi: "Anladım ki, seçicilərimin..."

 09:58 09.03.2024     317

Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Mey növbəti parlament seçkilərində iştirak etməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə o, “X”dəki hesabında yazıb.

“Uzun müddət və diqqətlə düşünüb anladım ki, seçicilərimin layiq olduğu şəkildə deputat kimi öz işimi görə bilməyəcəm. Buna görə də növbəti ümumi seçkilərdə iştirak etməmək barədə çətin qərar verdim”, - deyə oTereza Mey bildirib.

Keçmiş baş nazir qeyd edib ki, o, Müasir Köləlik və İnsan Alveri üzrə Qlobal Komissiya ilə işinə diqqət yetirmək istəyir.

Bununla Meyin İcmalar Palatasındakı 27 illik səlahiyyət müddəti başa çatacaq. O, 2016-2019-cu illərdə Böyük Britaniya Nazirlər Kabinetinin rəhbəri vəzifəsini tutub və onun yerinə Boris Conson keçib.