"F-16"ların Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb - Hakan Fidan
"F-16" qırıcı təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı proses başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda türkiyəli jurnalistlərlə görüşündə deyib.
O bildirib ki, ABŞ hakimiyyəti bu məsələ ilə bağlı iradə ortaya qoyub: “Konqres bu məsələ ilə bağlı məlumatlandırılıb. Texniki məsələlərin həllindən sonra müdafiə nazirləri və aidiyyəti qurumlar gələcək məsələlərin müzakirəsini davam etdirəcək”.
H.Fidan, həmçinin söyləyib ki, F-35 qırıcıları ilə də bağlı proses davam edir.
Türkiyəli nazir ABŞ-la münasibətlərdə müsbət dinamikanın olduğunu da diqqətə çatdırıb: “Türkiyə-ABŞ münasibətləri problemləri həll etməyə imkan verir”.
O, həmçinin qeyd edib ki, ikitərəfli ticarət dövriyyəsinin 30 milyard dollardan 100 milyard dollara qaldırılması ilə bağlı perspektiv var: “Qarşıya çıxan fürsətləri qiymətləndirməliyik. Bu, diplomatik həmlələr, cəhdlər tələb edir”.