Məşhur "kabadayı"nın mafiyası çökdürüldü - VİDEO

 10:17 09.03.2024     289

İstanbulda keçirilən “MAHZEN-7” əməliyyatlarında lideri “Memocan” ləqəbli Məhəmməd Urayın olduğu mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə “X” hesabında Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

O qeyd edib ki, əməliyyat çərçivəsində cinayətkar təşkilatın lideri də daxil olmaqla dəstənin 27 üzvü şübhəli şəxs qismində saxlanılıb: “İstəyirəm ki, əziz millətimiz bunu bilsin. Biz ölkəmizi mütəşəkkil cinayətkar qruplardan və dəstələrdən təmizləməkdə qərarlıyıq. Hansı böyüklükdə olursa-olsun, mütəşəkkil cinayətkar təşkilatları zərərsizləşdirərək onları məhkəmə qarşısına çıxaracağıq”.