Türkiyədə mikroavtobuslar toqquşdu - 27 yaralı

 12:25 09.03.2024     168

Türkiyənin Bartın şəhərində iki servis avtobusunun toqquşması nəticəsində 1 nəfər ölüb, 27 nəfər yaralanıb.

Redaktor.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, eyni istiqamətdə gedən iki servis avtobusu toqquşaraq aşıb.

Hadisə yerinə çox sayda polis əməkdaşları və tibbi personal cəlb olunub.

Servis avtobuslarından birinin sürücüsü hadisə yerində ölüb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Hadisə ilə bağlı istintaq başladılıb.