Tramp Orbanla görüşdü

 13:35 09.03.2024     183

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp və Macarıstanın Baş naziri Viktor Orban arasında görüş olub.

Redaktor.az “İnterfaks”a istinadən xəbər verir ki, görüş amerikalı siyasətçinin Floridadakı malikanəsində baş tutub.

Trampın Mətbuat xidməti ətraflı açıqlama vermədən bildirib ki, siyasətçilər ABŞ və Macarıstanla bağlı bir sıra məsələlər, habelə hər bir dövlətin öz sərhədini qoruması zərurətini müzakirə ediblər.

Yerli KİV Ağ Evə istinadən qeyd edib ki, Orbanın ölkədə olmasına baxmayaraq, onun Prezident Co Bayden və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılmayıb.