Ukraynada həlak olan mülki əhalinin sayı açıqlandı

 15:15 09.03.2024     324

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqlarını bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində həyatını itirən mülki əhalinin sayı 10 703-ə çatıb və onların 549-u uşaqdı. Hücumlarda 20 146 adam yaralanıb.

Mohamed Xaled qeyd edib ki, Rusiya qüvvələri Ukraynanın müharibənin genişləndiyi kənd, qəsəbə və şəhərlərini demək olar ki, tamamilə dağıdıb.