Ermənistan Avropa İttifaqına üzvlük üçün müraciət etməyi nəzərdən keçirir

 16:32 09.03.2024     246

Ermənistan Avropa İttifaqına üzvlük üçün müraciət etməyi nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki,  bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "TRT World" telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, bu gün Ermənistanda bir çox yeni imkanlar geniş şəkildə müzakirə olunur

Xatırladaq ki, Ermənistan parlamentinin hakim partiyadan olan deputatları bir neçə gün əvvəl ölkənin təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın iştirakı ilə qapalı görüş keçirib. "Hraparak" qəzeti yazıb ki, görüşdə Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizədlik ilə bağlı müzakirələr aparılıb. Deputatlar Aİ üzvlüyünə namizəd olmaq üçün müraciət zamanı gözlənilən həm təhlükələri, həm də imtiyazları, eləcə də digər təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.