Almaniya ilə Fransa arasında fikir ayrılıqları dərinləşir

 17:23 09.03.2024     234

Ukraynadakı müharibə Almaniya Kansleri Olaf Şoltsla Fransa Prezidenti Emmanuel Makron arasında inciklik yaradıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri yazıb.

Qeyd olunub ki, iki lider arasında fikir ayrılıqları getdikcə dərinləşir və incikliyə çevrilir.

Bildirilib ki, liderlərin son həftələrdə verdikləri açıqlamalar dövlətlər arasındakı ikitərəfli münasibətlərə zərbə vurub.

“Avropanın Ukraynaya dəstək və Rusiyanın hibrid müharibəsinə qarşı müdafiəsi üçün vahid cəbhə təqdim etməli olduğu bir vaxtda iki ən böyük Avropa dövləti böhran içindədir”, - nəşr yazıb.

Qəzetdə yazılıb ki, Almaniya ABŞ-dan sonra Ukraynaya dəstək göstərən ikinci, Fransa isə 14-cü ölkədir.

Qeyd edək ki, E.Makron fevralın sonunda deyib ki, Qərb ordusunun Ukraynaya göndərilməsi mümkündür. Almaniya rəsmiləri, o cümlədən O.Şolts isə bu fikirlərə görə rəsmi Parisi tənqid edib. Qeyd olunub ki, Almaniya öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil.