ABŞ-də "TikTok" qadağan edilir

 17:35 09.03.2024     263

"TikTok" sosial şəbəkəsi ABŞ-də qadağan edilə bilər.

Redaktor.az  xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-də təklif edilən yeni qanun layihəsi ölkə vətəndaşlarının xaricilər tərəfindən nəzarət olunan tətbiqlərdən qorunmasını nəzərdə tutur.

ABŞ prezidenti Co Bayden qanun layihəsi qəbul olunacağı təqdirdə onu imzalayacağını bildirib.

Qeyd edək ki, sözügedən qanun layihəsi martın 7-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Energetika və Ticarət Komitəsi tərəfindən təsdiqlənib. ABŞ Konqresinin aşağı palatasının gələn həftə qanun layihəsini nəzərdən keçirəcəyi gözlənilir. Sənəd prezident Baydenə təqdim olunmazdan əvvəl Senatın da təsdiqini almalıdır.