Fransa Ukraynaya hərbçi göndərmək istəyən ölkələrin ittifaqını yaradır
Fransa Qərb ölkələrindən Ukraynaya hərbçi göndərməyə hazır olan ölkələrin alyansını yaradır.
Redaktor.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
“Fransa Ukraynaya Qərb qoşunlarını göndərmək istəyən ölkələrin ittifaqını yaradır və bununla da sözügedən məsələdə ehtiyatlı davranan rəsmi Berlinlə qarşıdurmanı dərinləşdirir”, - deyə nəşrin məlumatında deyilir.
Xatırladaq ki, bir müddət öncə Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Qərb ölkələrindən Ukraynaya qoşun yeridilməsi ehtimalı istisna oluna bilməz.