"Ərdoğan növbədənkənar seçkilərdə yenidən namizəd ola bilər"

 17:50 10.03.2024     306

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin növbədənkənar seçkilərin keçirilməsinə qərar verəcəyi təqdirdə yenidən dövlət başçısı postu uğrunda mübarizə apara bilər.

Redaktor.az xəbər verir ki, bu fikri Türkiyənin keçmiş ədliyyə naziri Bəkir Bozdağ “X” səhifəsində deyib.

"Konstitusiyaya görə, prezidentlik müddəti beş ildir və bir şəxs maksimum iki dəfə dövlət başçısı seçilə bilər. Ancaq konstitusiyaya görə, parlament növbədənkənar seçki barədə qərar verərsə, Ərdoğan üçüncü dəfə namizəd olmaq hüququ qazanacaq”, – Bozdağ qeyd edib.

Onun sözlərinə görə, bundan sonra nə baş verəcəyini və hansı qərarların qəbul oluna biləcəyini proqnozlaşdırmaq mümkün deyil.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin onun üçün son seçki olacağını bildirmişdi.

2023-cü ilin mayında keçirilən seçkilərdə o, qalib gəlib və daha 5 il ölkəyə rəhbərlik etmək hüququ qazanıb.