Amsterdamda İslamı sərt tənqid edən partiya lideri ölümlə hədələndi
Amsterdam polisi ifrat sağçı Azadlıq Partiyasının lideri Qert Vildersi öldürməklə hədələyən şəxsi saxlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə siyasətçi “X” səhifəsində yazıb.
“Bu həftə sonu məni öldürməklə hədələyən bir adamı saxlayan Amsterdam polis bölməsinə çox təşəkkür edirəm”, - siyasətçi qeyd edib.
NOS telekanalının məlumatına görə, polis həmin şəxsin həbs olunduğunu təsdiqləyib. Bazar ertəsi məhkəmə istintaq dövrü üçün qabaqlayıcı tədbirlər haqqında qərar verməlidir.
İslamı və müsəlmanları sərt tənqid etdiyinə görə Vilders daim təhdidlər alır və gecə-gündüz polisin xüsusi mühafizəsi altında olur.