İtkin düşən xizəkçilərdən beşi ölü tapıldı

 09:22 11.03.2024     213

Alp dağlarının İsveçrə hissəsində itkin düşən altı xizəkçidən beşi ölüb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Vale kantonunun polisi məlumat yayıb.

“Martın 9-dan bəri Çermatt-Arolla gəzinti marşrutunda fəal şəkildə axtarılan altı nəfərdən beşi axşam (martın 10-u) ölü tapılıb”, - polisin açıqlamasında qeyd edilib.

Altıncı xizəkçinin axtarışları davam etdirilir.