Rusiya NATO ölkələrinin çağırışlarını tənqid edib
Xarici dövlətlərin Rusiya Federasiyasının daxili işlərinə müdaxilə faktlarını araşdıran Dövlət Dumasının Komissiyası NATO ölkələrinin Rusiya Federasiyasına səfərdən çəkinmək çağırışlarını qarşıdan gələn prezident seçkilərinin beynəlxalq müşahidəsinə müdaxilə cəhdi kimi qiymətləndirir.
Redaktor.az "gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə komissiyanın rəhbəri, Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Vasili Piskarev bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi 2024-cü il martın 15-dən 17-dək keçiriləcək prezident seçkilərinə 100-ə yaxın ölkədən mindən çox müşahidəçinin gələcəyini gözləyir.
“Biz NATO-nun dağıdıcı məlumat kampaniyasını növbəti çirkin təxribat və Rusiya Federasiyasındakı seçkilərin geniş beynəlxalq müşahidəsinin qarşısını almaq cəhdi kimi qiymətləndiririk”, - deyə Piskarev bildirib.
Həmidə İBRAHİMLİ