ABŞ Ukrayna üçün Yaponiya ilə danışıqlara gedəcək
ABŞ və Yaponiya Ukraynaya tədarük edilən sursatın həcmini artırmaq üçün müdafiə sektorunda əməkdaşlığı nəzərdən keçirir.
Redaktor.az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti mənbələrə istinadən yazıb.
Nəşr qeyd edir ki, tərəflər aprelin 10-da Vaşinqtonda Yaponiyanın baş naziri Fumio Kişida ilə ABŞ prezidenti Co Bayden arasında keçiriləcək görüşdən əvvəl saziş hazırlayırlar. Görüşün əsas mövzusu Tokionun Amerika silahlarının arsenalını artıracağı üsulların axtarışı olacaq. ABŞ Kiyevə uzunmüddətli yardım nəticəsində artilleriya mərmiləri və raket çatışmazlığı səbəbindən böhranın yarana biləcəyindən ehtiyat edir.
Humay İSGƏNDƏRLİ