Türkiyə daha bir ölkəyə "Bayraktar" satır

 10:15 11.03.2024     220

Türkiyə Maldiv Respublikasına öz istehsalı olan "Bayraktar "TB2 hücum dronlarının tədarükü prosesinə başlayıb. 

Redaktor.az xəbər verir ki, “Dünya” qəzetinin məlumatına görə, söhbət altı qurğudan ibarət hava qanadının və onlar üçün monitorinq və idarəetmə sisteminin tədarükündən gedir.

İndi Maldiv adaları ilə birlikdə "Bayraktar" pilotsuz təyyarələrinin çatdırılma coğrafiyası 34 ölkəni əhatə edir. 

İlk ixrac müqaviləsi 2018-ci ildə Qətərlə bağlanıb. Bundan sonra digər ölkələrlə müqavilələr imzalanıb və Türkiyənin PUA-ları hazırda bir sıra NATO və Aİ ölkələri tərəfindən qəbul edilib.

Humay İSGƏNDƏRLİ