Ermənistanda konstitusiya islahatları konsepsiyasının layihəsi hazırlandı
Ermənistanda konstitusiya islahatları konsepsiyasının layihəsi artıq hazırlanıb.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Qurum ölkənin əsas qanununun hansı maddələrinə yenidən baxılmasının nəzərdə tutulduğunu açıqlamayıb, lakin qeyd edib ki, konsepsiya layihəsində idarəetmə forması, prezidentin səlahiyyətlərinin əhatə dairəsi, 2-ci və 3-cü fəsillər arasında qarşılıqlı əlaqənin aradan qaldırılması ilə bağlı və fundamental insan hüquqlarına aid fəsildə sosial, iqtisadi və mədəni hüquqların qeyd edilməsi ilə bağlı müəddəalar var.
Layihə həmçinin dövlət orqanlarının və o cümlədən, muxtar strukturların yaradılmasını; bir sıra vəzifələr üçün rezidentura və vətəndaşlıq senzi də tətbiq edilib. Dövlət səlahiyyətlərinin özəl qurumlara verilməsini nəzərdə tutan müddəa da layihədə var.
Nazirlikdən bildirilib ki, konstitusiya islahatları komissiyasına hüquqşünas David Akopyan rəhbərlik edir. Komissiyanın tam tərkibi açıqlanmır.