ABŞ Polşada 10 mindən çox hərbçi yerləşdirdi
Polşada 10 mindən çox ABŞ hərbi qulluqçusu yerləşdirilib.
Redaktor.az xəbə verir ki, bunu PAP agentliyinə müsahibəsində Amerikanın Varşavadakı səfiri Mark Bjezinski deyib.
“Hazırda bütün Polşada 10 mindən çox amerikalı əsgər yerləşdirilib, onlar Polşa ordusu ilə birgə məşq edir və təlimlərdə iştirak edirlər”, - diplomat qeyd edib. O, həmçinin vurğulayıb ki, ABŞ-dən tədarük edilən "Abrams" tankları, F-16 qırıcıları və HIMARS çoxsaylı buraxılış raket sistemləri Polşanın və Şimali Atlantika ittifaqının müdafiə imkanları üçün çox vacibdir.
Qeyd edək ki, Birləşmiş Ştatlar 2022-ci ilin fevralında Polşada yerləşdirilmiş hərbi kontingenti iki dəfə artırıb, buna qədər isə 5 min əsgər təşkil edirdi. 2023-cü ilin martında Polşa Müdafiə Nazirliyi ölkədə ABŞ Silahlı Qüvvələrinin ilk daimi qarnizonunun meydana çıxacağını elan edib.
Turan İSMAYIL