Lukaşenko orduya döyüş hazırlığı əmri verdi

 15:41 11.03.2024     290

Belarus Silahlı Qüvvələri NATO-nun təlimləri fonunda hərbi hissələrin döyüş hazırlığının hərtərəfli yoxlanılmasına başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“Mövcud şərait nəzərə alınaraq bu gündən Silahlı Qüvvələrdə döyüş və səfərbərlik hazırlığının hərtərəfli yoxlanılmasına başlanılır. Verilən döyüş tapşırıqları çərçivəsində təyinatlı hərbi hissə və bölmələr müəyyən edilmiş rayonlara çıxarılacaq və təlimlər keçəcək”, - məlumatda bildirilib.

Belarus Müdafiə Nazirliyi Polşadakı “Dragon” təlimlərini, həmçinin NATO ölkələrinin 90 minə qədər hərbçinin iştirak etdiyi manevrləri xatırladıb.

Qeyd edək ki, Belarusun müdafiə naziri Viktor Xrenin daha əvvəl bildirmişdi ki, NATO ölkələri Belarusun qərb sərhədində zərbə qrupları yaradır.