Qərb İrəvanı Rusiyaya qarşı çevirir - Rusiya XİN
Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippinin Ermənistanı dəstəkləməsi ilə bağlı bəyanatları Qərbin respublikanı Rusiyaya qarşı alətə çevirmək istəyini təsdiqləyir.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
“Biz “Rusiyadan gələn təhlükələr” qarşısında Ermənistanı dəstəkləməyə hazır olduğunu bildirən Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippinin bəyanatlarına diqqət yetirdik. Londonun postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün addımların anti-Rusiya mahiyyətini gizlətməyi dayandırması artıq bizi təəccübləndirmir. Amma Hippinin ifşaları həm də birbaşa təsdiqidir ki, Qərb Ermənistanı regionda tutduğu, Moskvaya qarşı yönəlmiş xəttin alətinə çevirmək istəyir. İrəvandakı məsuliyyətli siyasətçilərin ciddi düşünməsi üçün səbəb var”, - deyə XİN-in açıqlamasında bildirilib.
Turan İSMAYIL